“NORM” ASC 2024-CÜ İL ÜÇÜN “YAY TƏCRÜBƏ PROQRAMI” ELAN EDİR
09.04.2024
“Norm” ASC gənclərin bilik və bacarıqlarının artırılmasına, eləcə də, onların peşəkar iş mühitində yetişməsinə dəstək vermək məqsədilə, 2024-cü il üçün ödənişli “Yay Təcrübə Proqramı” elan edir. Proqram çərçivəsində tələbələr şirkətin müxtəlif şöbələrində 2 aydan çox müddətdə təcrübə keçəcək və proqramın verdiyi imkanlardan faydalanacaqlar. “Yay Təcrübə Proqramı” tələbələrə NEQSOL Academy platformasından istifadə və şirkətin təşkil etdiyi daxili təlimlərdə iştirak imkanı qazandıracaq.
KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?
Təcrübə proqramına aşağıda adları qeyd olunan və ya əlaqədar ixtisaslar üzrə təhsil alan III və IV, 5 illik təhsil nəzərdə tutulan universitetlərdə isə IV, V kurs bakalavr tələbələri qoşula bilərlər:
İnşaat mühəndisliyi
Materiallar mühəndisliyi
Sənaye mühəndisliyi
Kimya mühəndisliyi
Mədən mühəndisliyi
Geologiya mühəndisliyi
Mexanika mühəndisliyi
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
Elektronika və avtomatika mühəndisliyi
Elektrik mühəndisliyi
SƏTƏM mühəndisliyi
Ekologiya
Hüquq
İnformasiya Texnologiyaları
Maliyyə
Audit
Biznesin idarə edilməsi
İqtisadiyyat və Menecment
Nəqliyyatın təşkili və idarə edilməsi
Təchizat Zəncirinin idarə edilməsi
ŞƏRTLƏR :
İş qrafiki: Standart (5 günlük)
Başlama tarixi: 01 iyul
Bitmə tarixi: 06 sentyabr
Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin edilir.
MÜRACİƏTLƏRİN QƏBULU :
Müraciətlər 24 aprel 2024-cü il tarixədək qəbul edilir.
Müraciət üçün: Norm - Applicant information
TƏLƏB OLUNAN SƏNƏDLƏR :
CV-nin elektron versiyası
Tələbə biletinin surəti
SEÇİM PROSESİ :
Yazılı test mərhələsi (ingilis dili, məntiq və dünyagörüşü üzrə suallar)
Müsahibə mərhələsi
Seçim prosesinin bütün mərhələlərini uğurla tamamlayan namizədlər təcrübə proqramına cəlb olunacaqlar.