Korporativ dəyərlər

Norm şirkəti şirkətdaxili mədəniyyətin işçilərin yüksək peşəkarlıq  və şəxsi keyfiyyətləri, daim yeniliklər və inkişafa səy göstərmək əzmi, yüksək motivasiyalı komanda ruhu əsasında formalaşması istiqamətində çalışan bir şirkətdir.

Biz  işçilərimizin  fəaliyyətinin onlar üçün cəlbedici olacağına, onlara məmnunluq və nailiyyət gətirməklə yanaşı böyük dəyər qatacağına inanırıq.

Şirkətimizdə çoxmədəniyyətli mühitdə fəaliyyətlərin necə həyata keçirildiyinə dair ümumi anlayış yaratmaq, şirkətin sağlam prinsiplər əsasında qurulmasına nail olmaq və davranış qaydalarını aydın etmək məqsədilə Etika Məcəlləsi tətbiq olunur.

Norm şirkətində iş münasibətləri əmək münasibətlərinin ən vacib prinsiplərindən biri olan ayrıseçkiliyin yol verilməməsi prinsipi əsasında qurulur. Bərabər iş imkanları qanun tərəfindən tələb olunmaqla yanaşı biznesdə uğur qazanmağa imkan verən ən əsaslı komponent kimi iş münasibətlərinin bütün mərhələlərində qorunub saxlanılır. Biz hamı üçün bərabər iş imkanları yaradaraq işçilər arasında irq, din, milliyyət, yaş, fiziki və ya əqli məhdudluqlar, ailə vəziyyəti,  cinsi və ya siyasi baxışlarından dolayı fərq qoymuruq. 

Korporativ dəyərlər
Şirkət mədəniyyəti

Şirkət mədəniyyəti

İş mühiti

İş mühiti

İnkişaf imkanları

İnkişaf imkanları

İnsan resursları siyasəti

Biz əməkdaşlarımızın şəxsi hüquqlarından tam və düzgün şəkildə istifadə edə bilməsi üçün imkan yaradır, onlara vicdanla və ədalətlə yanaşır, təhlükəsiz və sağlam iş mühiti təmin edirik. İnsan kapitalının inkişafına çalışır, əməkdaşların sosial və ictimai sahələrdə təşəbbüslərini dəstəkləyir, onların şəxsi və peşəkar həyatına hörmət edirik.

İnsan resursları siyasəti

İşə qəbul

Norm şirkətində işə qəbul prossesi obyektivlik və bərabərlik prinsipləri rəhbər tutularaq aşağıdaki mərhələlərlə həyata keçirilir.

01

Vakant vəzifənin açıqlanması

02

CV-lərin qısa siyahısının tərtib edilməsi

03

Müsabiqənin keçirilməsi

04

Qiymətləndirmə prossesi

05

İşə qəbulun təsdiq edilməsi

Karyera imkanlarını nəzərdən keçir

Vakansiyalar

Vakansiyalar

Proqramlar

Proqramlar

Vakansiyalar

Hazırda şirkətimizə İnformasiya Texnologiyaları üzrə kiçik mütəxəssis tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • İnformasiya texnologiyaları sahəsində ali bakalavr təhsili
  • Əlaqədar vəzifədə 1-2 il iş təcrübəsi
  • Yüksək səviyyədə ingilis dili biliyi
  • Rus dili biliyi arzuolunandır.
  • Windows Əməliyyat Sistemlərinin quraşdırılması və sazlanması
  • Proqram Təminatlarının, Antivirusların yüklənməsi
  • İnternet, Ethernet, Wi-Fi və Lokal Şəbəkə prinsiplərini bilmək və sazlamaq
  • Kabellərin sonlandırılması barədə məlumatlı olmalıdır (rj45, patch-panel, data yuvası və s.)
  • Periferik avadanlıqların quraşdırılması və sazlanması (printer, skaner və s.)
  • DVR və NVR sistemləri haqqında biliklər
  • CISCO, CCENT, CCT və ya MCDST sertifikatlarının olması üstünlükdür.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • İT sistemləri ilə bağlı daxili sorğuların qəbul edilməsi, identifikasiyası, tipinə görə müəyyən edilməsi
  • İşçi stansiyalarında yaranan problemlərin ilkin olaraq aradan qaldırılmasına dəstək
  • Texniki sualların cavablandırılması və istifadəçilərə dəstək
  • Service Desk sistemindəki müvafiq sorğuları vaxtında icra etmək;
  • Yeni kompüter avadanlığı və proqramlarının quraşdırılması və konfiqurasiyası
  • İstifadəçilərə şəbəkədə işləməyi, arxivlərin aparılmasını öyrətmək; şəbəkədə işləməklə bağlı istifadəçilərin suallarına cavab vermək; şəbəkə proqram təminatı ilə iş üzrə təlimatlar tərtib etmək və onların istifadəçilərin nəzərinə çatdırmaq
  • Şəbəkəyə qoşulmuş printerlərə və digər cihazlara texniki qulluq
  • Antivirus proqramının dövri olaraq yenilənməsi və işlək vəziyyətdə saxlanması
  • Ərazidə müşahidə kameralarında yaranan problemlərin aradan qaldırılması
  • API SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin tətbiqi
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.

İmtiyazlar:

  • Könüllü tibbi sığorta
  • Nəqliyyat xidməti
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mühiti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 07.02.25

Hazırda şirkətimizə Səyahət koordinatoru tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Mühasibatlıq, Maliyyə, Biznes və ya İqtisadiyyat üzrə ali təhsil
  • Ezamiyyə koordinatorluğu, administrasiya və ya əlaqəli sahədə 1 il iş təcrübəsi
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq
  • Güclü anaitik düşüncə və problem həlletmə, eləcə də maliyyə məlumatlarını şərh etmə bacarığı
  • Kommunikasiya və zamanın idarəedilməsi bacarıqları
  • Ezamiyyələrin təşkili üçün İR, Maliyyə və menecement komandaları ilə əməkdaşlıq etmə bacarığı
  • Ezamiyyələrin idarəedilməsi proseslərində təkmilləşdirilməli olan sahələrin müəyyən edilməsi və dəyişikliklərin tətbiq edilməsi üçün proaktiv yanaşma

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Təsdiq edilmiş ezamiyyə sorğu formalarına əsaslanaraq ezamiyyə sifarişlərini hazırlamaq,
  • Müəyyən edilmiş zaman qrafiklərinə uyğun olaraq ezamiyə sorğularının vaxtında icrasını təmin etmək,
  • Ən səmərəli və maliyyə baxımından sərfəli səyahət paketlərini araşdırmaq və təkliflər vermək,
  • Təyin edilmiş əməkdaşlarla koordinasiyalı çalışaraq, səyahət agentlikləri vasitəsilə rezervasiyaların edilməsini təşkil etmək və şirkətin Ezamiyyə Prosedurlarına uyğunluğu təmin etmək,
  • Ezamiyyələr, xərclər və təsdiqlərlə bağlı dəqiq qeydlərin aparılmasını təmin etmək,
  • Səyahət agentliklərindən alınan hesab-fakturaların uzlaşdırılmasına nəzarət etmək, həddindən artıq olan ödənişlərin qarşısını almaq və şəffaflığı təmin etmək,
  • Bütün səyahət xərclərinin təyin edilmiş büdcə və hesabat tələblərinə uyğun olmasını təmin etmək,
  • Müvafiq departamentlər (Maliyyə, İnsan Resursları, Satınalma və Daxili Logistika) arasında səyahət xərcləri ilə bağlı proseslərin əlaqələndirilməsi,
  • Qonaqlama və qidalanma üçün ödəniş limitlərinə riayət olunmasına nəzarət etmək,
  • Əməkdaşlar ezamiyyədən qayıtdıqdan sonra detallı xərc hesabatlarının vaxtında təqdim edilməsini təmin etmək,
  • Əməkdaşları ezamiyyə prosedurları və ezamiyyə planlaşdırma qrafiklərinə riayət etməyin əhəmiyyəti barədə maarifləndirmək üçün təlim sessiyaları keçirmək.

İmtiyazlar:

  • Korporativ tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə, [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 22.02.25

Hazırda şirkətimizə Mexaniki planlama üzrə mühəndis tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Mexanika, sənaye mühəndisliyi və Elektrik və elektronika mühəndisliyi sahəsində Ali bakalavr təhsili
  • Bənzər vəzifədə və ya sahədə 3 il iş təcrübəsi
  • Sement xammalları haqda biliklər
  • Orta səviyyədə ingilis və rus dili biliyi
  • MS Office kompüter proqramı üzrə bacarıqlar
  • SAP MS Project

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Davamlı inkişaf
  • Bütövlük
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma

Əsas vəzifə və öhdəliklər:

  • Təhlükəsizlik, idarə etmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə nəzarət
  • Gündəlik və həftəlik planlama iclaslarının təşkil edilməsi, iş planlarının hazırlanması, iş əmrlərinin yaradılması
  • Sahədən gələn uyğunsuzlaqların və bildirişlərin araşdırılması, SAP PM modulunda bildirişlərin yaradılması
  • Mexaniki təmir və planlama şöbəsi üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, sifariş tələbini bildirmək və yaratmaq
  • Qaldırıcı qurğular və alətlər üçün günlük, həftəlik, və illik təmir və təftiş planları hazırlamaq, təmir və təftiş işlərinin qurğunun pasportunda qeyd etmək, dövlət qurumları tərəfindən həyata keçiriləcək illik yoxlamaları üçün hazırlıqların həyata keçirilməsini və nəzarətini təmin etmək, qanunvericiliyin tələblərinə uyğun olaraq periodik yoxlamaların aparılmasını və testlərin həyata keçirilməsini təmin etmək, təhlükəsiz və davamlı iş şəraitini təmin etmək, yararsız qaldırıcı qurğular və alətlərin istismardan çıxarılmasının təmin edilməsi (aktların tərtib edilməsi), Sertifikatların uyğunluğunun yoxlanması və təmin edilməsi, istismar və təmir təlimatların və risklərin dəyərləndirilməsi  formlarının hazırlanması və izlənməsi, texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması və kritik hissələrin anbar mövcudluğunu təmin etmək
  • Qaldırıcı qurğular və alətlər üçün illik texniki təmir xərclərinin və büdcənin hazırlanması
  • Ərazidə yerinə yetirilən təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və son yoxlamaların aparılması və hesabatların hazırlanması
  • Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqların və cihazların testlərində iştirak etmək
  • Avadanlıqlarda tənzimləmə və ölçüm işlərinində yaxından iştirak etmək
  • Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin texniki müqavilələrin hazırlanmasında iştirak etmək
  • Avadanlıqların nasazlıqları səbəbindən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramlarda iştirak etmək
  • Illik Büdcənin tərtib edilməsi üçün istifadə ediləcək ehtiyat hissələrinin siyahisinin tərtib edilməsi və istifadəsinə nəzarət
  • Qaldırıcı qurğular və alətlər üçün illik texniki təmir xərclərinin və büdcənin hazırlanması
  • Zavod illik təmir və təftiş planına uyğun olaraq illik təmir planının hazırlanmasında iştirak etmək və təmirin izlənilməsi
  • Texniki təmir və planlama şöbəsinin təlimatlarının, risklərin dəyərləndirilməsi formlarının və tələb olunan digər formaların hazırlanması və tətbiqinin təmin edilməsi
  • SAP PM modulunda qeydiyyat kartlarının tərtib edilməsi, Şirkətin kataloqlarının, ehtiyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu kartlarının tərtibatına nəzarət və təmin edilməsi, iş siyahilərinin və təmir planının yaradılması. Təmir planlarının akriv və deaktiv edilməsinə nəzarət və təmin edilməsi
  • Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin planlaşdırılması, qəza planlarının  və Təlimatların hazırlanması
  • Zavod qaz təsərrüfatına aid olan qurğuları və alətləri dövlət qurumları tərəfindən həyata keçiriləcək yoxlamaları üçün hazırlıqların həyata keçirilməsini və nəzarətini təmin etmək
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
  • APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanmasından yaxından iştirak etmək
  • Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi

İmtiyazlar

  • Könüllü tibbi sığorta

  • Nəqliyyat xidməti

  • Şəxsi və peşəkar inkişaf imkanları

  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mühiti

  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

  • Digər imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 05.02.25

  • Hazırda şirkətimizə Təmir və planlama üzrə mühəndis tələb olunur.

    İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

    Tələblər: 

    • Mexanika mühəndisi, Sənaye mühəndisli və Elketrik və elektronika mühəndisliyi sahəsində Ali bakalavr təhsili
    • Bu və ya oxşar sahədə 3 ilə qədər iş təcrübəsi
    • Orta səviyyədə ingilis və rus dili biliyi
    • MS Office kompüter proqramı üzrə bacarıqlar
    • SAP PM. Ms project, Primavera

    Tələb olunan kompetensiyalar:

    • Müştəriyönümlülük
    • Davamlı inkişaf
    • Bütövlük
    • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

    Əsas vəzifə və öhdəliklər:

    • Təhlükəsizlik, idarəetmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə nəzarət
    • Gündəlik və həftəlik planlama iclaslarının təşkil edilməsi, iş planlarının hazırlanması, iş əmrlərinin yaradılması. Təşkil edilmiş iclaslarda İclasların Qeydiyyat formunun tərtib edilməsi
    • Texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması
    • Ehtiyat hissələrinin sifariş tələbini yaratmaq
    • Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin texniki müqavilələrin hazırlanmas
    • Avadanlıqların nasazlıqları səbəbindən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması
    • Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili
    • Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi
    • Illik büdcənin tərtib edilməsi üçün istifadə ediləcək ehtiyat hissələrinin siyahisinin tərtib edilməsi və istifadəsinə nəzarət
    • Zavod illik təmir və təftiş planına uyğun olaraq planın hazırlanması və dövrü olaraq yenilənməsi
    • Zavodun əsas avadanlıqları üçün illik əsaslı təmirinin iş planının hazırlanması və izlənməsi
    • Müvafiq həftəlik və aylıq hesabatlarını hazırlamaq
    • Müvafiq təlimatlarının, risklərin dəyərləndirilməsi formlarının və tələb olunan digər formaların hazırlanması və tətbiqinin təmin edilməsi
    • SAP PM modulunda qeydiyyat kartlarının tərtib edilməsi, Şirkətin kataloqlarının, ehtiyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu kartlarının tərtibatına nəzarət və təmin edilməsi, iş siyahilərinin və təmir planının yaradılması. Təmir planlarının akriv və deaktiv edilməsinə nəzarət və təmin edilməsi
    • Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin planlaşdırılması, qəza planlarının  və Təlimatların hazırlanması
    • Zavod qaz təsərrüfatına aid olan qurğuları və alətləri dövlət qurumları tərəfindən həyata keçiriləcək yoxlamaları üçün hazırlıqların həyata keçirilməsini və nəzarətini təmin etmək
    • Avadanlıqların təmir və təftiş işləri üçün təlimatların hazırlanması və ya təkminləşdirilməsi. Təlimatların sahədə tətbiqinin həyata keçirilməsi
    • Mexaniki təmir işlərinin İş Əmrinə və təlimata uyğun görülməsini təmin etmək
    • ISO 50001 Enerji İdarəetmə Sisteminin (EnMS) tətbiqi və saxlanmasını nəzarətdə saxlamaq, enerji səmərəliliyində davamlı təkmilləşməni təmin etmək. Enerji istifadəsi məlumatlarını toplamaq və təhlil etmək, anomaliyaları və enerji qənaəti üçün imkanları müəyyənləşdirmək
    • Enerji performansını mövcud bazalar və hədəflər ilə müqayisə edərək monitorinq, ölçmə və hesabat vermək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək. Enerji səmərəliliyi məsələlərinin gündəlik əməliyyatlar və qərar qəbuletmə proseslərinə inteqrasiyasını təşviq etmək və təmin etmək
    • Avadanlıqlarda görülən mexaniki işlərin keyfiyyətinə nəzarət və təmirdən sonra təhvil alınması
    • İstehsalatın uzun müddətli dayanmasının qarşısının alnması mıqsıdi ilə avadanlıqlarda yarana biləcək qəzaların tez bir zamanda təhlükəsiz və operativ şəkildə aradan qaldırılmasının təşkil etmək
    • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
    • APİ SPEC Q1,ISO 9001, 14001,45001 və 50001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq.
    • Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi.

    İmtiyazlar:

    • Könüllü tibbi sığorta
    • Nəqliyyat xidməti
    • Şəxsi və peşəkar inkişaf imkanları
    • İşçi rifahını dəstəkləyən, inklüziv iş mühiti
    • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
    • Digər imtiyazlar paketi

    CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

    CV-lərin təqdim olunması üçün son tarix: 05.02.25

  • Hazırda şirkətimizə Baş elektrik mühəndisi tələb olunur.

    İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

    Tələblər: 

    • Elektrik mühəndisliyi sahəsində bakalavr və ya magistr təhsili
    • Elektrik mühəndisliyi sahəsində 7 ildən artıq iş təcrübəsi
    • Elektrik avadanlıqlarının idarə edilməsi və enerji şəbəkələrinin texniki istismarı, Aşağı və Yüksək Gərginlik Şəbəkələrinin İdarə Olunması, Avtomatik İdarəetmə Sistemləri, PLC (Programmable Logic Controller) Proqramlaşdırma SCADA Sistemlərinin İdarə Edilməsi ilə bağlı biliklər
    • Orta səviyyədə ingilis dili biliyi
    • MS Office proqramlarında işləmə bacarığı, həmçinin energetika sahəsində istifadə olunan xüsusi proqram təminatlarına dair biliklər üstünlük təşkil etməlidir.

    Tələb olunan kompetensiyalar:

    • Müştəriyönümlülük
    • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
    • Bütövlük
    • Yenilikçilik

    Əsas vəzifə və öhdəliklər:

    • Həftəlik, aylıq və illik elektrik təmir iş planlarının hazırlanmasının təşkili, təmir strategiyalarının müəyyən olunması və resursların effektiv istifadəsini təmin etmək
    • Ümumi təmir və xidmət proqramlarının təkmilləşdirilməsi və optimallaşdırılması üçün təkliflər vermək
    • Elektrik təmir və yenidənqurma işlərinin vaxtında və büdcə çərçivəsində həyata keçirilməsinə nəzarət etmək
    • Layihələrin gedişatını izləmək, problemli məqamları proaktiv şəkildə həll etmək və layihələrin effektivliyini artırmaq
    • Elektrik sistemlərinin optimal fəaliyyət göstərməsini təmin etmək üçün texniki ekspertizalar aparmaq və yenilikləri tətbiq etmək
    • Elektrik sistemlərinin təhlükəsizlik qaydalarına və normativ hüquqi aktlara uyğun fəaliyyət göstərməsinə nəzarət etmək
    • Elektrik təmir bölməsinin illik büdcəsinin hazırlanması, iş xərclərinin izlənilməsi və büdcəyə uyğunluğunun təmin edilməsi
    • Elektrik təmir bölməsinin işçilərinin illik təlim ehtiyaclarının müəyyən edilməsi, işçilərin peşəkar inkişafına və davamlı təlimlərinə rəhbərlik etmək
    • Elektrik enerjisindən səmərəli istifadəni təmin etmək üçün enerji effektivliyi layihələrinin inkişafına rəhbərlik etmək
    • Qaz təchizatı sisteminin istifadəsini planlamaq, istehsalat tapşırıqlarını vermək və onların “Qaz Xidmətinə dair Əsasnamə” yə uyğun icra olunmasına nəzarət etmək
    • Enerji istifadəsinin və elektrik sayğaclarının göstəricilərinin analizini aparmaq və qənaət tədbirlərini tətbiq etmək.
    • APİ SPEC Q1, ISO 9001, 14001, 50001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanmasını təmin etmək və illik auditlərə hazırlıq işlərini təşkil etmək
    • Elektrik təmiri üçün ehtiyat hissələrin təmin edilməsi prosesinə nəzarət etmək, SAP sistemi üzərindən sifarişlərin izlənilməsini təşkil etmək
    • Kritik avadanlıqların istismar müddətlərini izləmək və onların vaxtında yenilənməsini təmin etmək
    • Elektrik sistemlərində mümkün riskləri müəyyənləşdirmək və risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər görmək
    • Ekoloji təmiz texnologiyalar və enerji qaynaqlarının istifadəsini təşviq etmək
    • İşçilərin təhlükəsizlik və texniki bacarıqlarını inkişaf etdirmək üçün xüsusi təlimlər təşkil etmək
    • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həll edilməsi
    • Avtomatika sistemlərinə nazərətin təşkili
    • Müasir texnologiyaların və avtomatlaşdırma sistemlərinə müəssisənin iş proseslərinə inteqrasiyasını təşkil etmək.

    İmtiyazlar:

    • Könüllü tibbi sığorta
    • Nəqliyyat xidməti
    • Şəxsi və peşəkar inkişaf imkanları
    • İşçi rifahını dəstəkləyən, inklüziv iş mühiti
    • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
    • Digər imtiyazlar paketi

    CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

    CV-lərin təqdim olunması üçün son tarix: 05.02.25

Proqramlar

Hal-hazırda aktiv proqram mövcud deyil.