Təmir və planlama üzrə mühəndis

  • Hazırda şirkətimizə Təmir və planlama üzrə mühəndis tələb olunur.

    İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

    Tələblər: 

    • Mexanika mühəndisi, Sənaye mühəndisli və Elketrik və elektronika mühəndisliyi sahəsində Ali bakalavr təhsili
    • Bu və ya oxşar sahədə 3 ilə qədər iş təcrübəsi
    • Orta səviyyədə ingilis və rus dili biliyi
    • MS Office kompüter proqramı üzrə bacarıqlar
    • SAP PM. Ms project, Primavera

    Tələb olunan kompetensiyalar:

    • Müştəriyönümlülük
    • Davamlı inkişaf
    • Bütövlük
    • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

    Əsas vəzifə və öhdəliklər:

    • Təhlükəsizlik, idarəetmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə nəzarət
    • Gündəlik və həftəlik planlama iclaslarının təşkil edilməsi, iş planlarının hazırlanması, iş əmrlərinin yaradılması. Təşkil edilmiş iclaslarda İclasların Qeydiyyat formunun tərtib edilməsi
    • Texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması
    • Ehtiyat hissələrinin sifariş tələbini yaratmaq
    • Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin texniki müqavilələrin hazırlanmas
    • Avadanlıqların nasazlıqları səbəbindən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması
    • Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili
    • Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi
    • Illik büdcənin tərtib edilməsi üçün istifadə ediləcək ehtiyat hissələrinin siyahisinin tərtib edilməsi və istifadəsinə nəzarət
    • Zavod illik təmir və təftiş planına uyğun olaraq planın hazırlanması və dövrü olaraq yenilənməsi
    • Zavodun əsas avadanlıqları üçün illik əsaslı təmirinin iş planının hazırlanması və izlənməsi
    • Müvafiq həftəlik və aylıq hesabatlarını hazırlamaq
    • Müvafiq təlimatlarının, risklərin dəyərləndirilməsi formlarının və tələb olunan digər formaların hazırlanması və tətbiqinin təmin edilməsi
    • SAP PM modulunda qeydiyyat kartlarının tərtib edilməsi, Şirkətin kataloqlarının, ehtiyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu kartlarının tərtibatına nəzarət və təmin edilməsi, iş siyahilərinin və təmir planının yaradılması. Təmir planlarının akriv və deaktiv edilməsinə nəzarət və təmin edilməsi
    • Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin planlaşdırılması, qəza planlarının  və Təlimatların hazırlanması
    • Zavod qaz təsərrüfatına aid olan qurğuları və alətləri dövlət qurumları tərəfindən həyata keçiriləcək yoxlamaları üçün hazırlıqların həyata keçirilməsini və nəzarətini təmin etmək
    • Avadanlıqların təmir və təftiş işləri üçün təlimatların hazırlanması və ya təkminləşdirilməsi. Təlimatların sahədə tətbiqinin həyata keçirilməsi
    • Mexaniki təmir işlərinin İş Əmrinə və təlimata uyğun görülməsini təmin etmək
    • ISO 50001 Enerji İdarəetmə Sisteminin (EnMS) tətbiqi və saxlanmasını nəzarətdə saxlamaq, enerji səmərəliliyində davamlı təkmilləşməni təmin etmək. Enerji istifadəsi məlumatlarını toplamaq və təhlil etmək, anomaliyaları və enerji qənaəti üçün imkanları müəyyənləşdirmək
    • Enerji performansını mövcud bazalar və hədəflər ilə müqayisə edərək monitorinq, ölçmə və hesabat vermək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək. Enerji səmərəliliyi məsələlərinin gündəlik əməliyyatlar və qərar qəbuletmə proseslərinə inteqrasiyasını təşviq etmək və təmin etmək
    • Avadanlıqlarda görülən mexaniki işlərin keyfiyyətinə nəzarət və təmirdən sonra təhvil alınması
    • İstehsalatın uzun müddətli dayanmasının qarşısının alnması mıqsıdi ilə avadanlıqlarda yarana biləcək qəzaların tez bir zamanda təhlükəsiz və operativ şəkildə aradan qaldırılmasının təşkil etmək
    • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
    • APİ SPEC Q1,ISO 9001, 14001,45001 və 50001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq.
    • Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi.

    İmtiyazlar:

    • Könüllü tibbi sığorta
    • Nəqliyyat xidməti
    • Şəxsi və peşəkar inkişaf imkanları
    • İşçi rifahını dəstəkləyən, inklüziv iş mühiti
    • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
    • Digər imtiyazlar paketi

    CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

    CV-lərin təqdim olunması üçün son tarix: 05.02.25

Onlayn müraciət