Səyahət koordinatoru

Hazırda şirkətimizə Səyahət koordinatoru tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Mühasibatlıq, Maliyyə, Biznes və ya İqtisadiyyat üzrə ali təhsil
  • Ezamiyyə koordinatorluğu, administrasiya və ya əlaqəli sahədə 1 il iş təcrübəsi
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq
  • Güclü anaitik düşüncə və problem həlletmə, eləcə də maliyyə məlumatlarını şərh etmə bacarığı
  • Kommunikasiya və zamanın idarəedilməsi bacarıqları
  • Ezamiyyələrin təşkili üçün İR, Maliyyə və menecement komandaları ilə əməkdaşlıq etmə bacarığı
  • Ezamiyyələrin idarəedilməsi proseslərində təkmilləşdirilməli olan sahələrin müəyyən edilməsi və dəyişikliklərin tətbiq edilməsi üçün proaktiv yanaşma

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Təsdiq edilmiş ezamiyyə sorğu formalarına əsaslanaraq ezamiyyə sifarişlərini hazırlamaq,
  • Müəyyən edilmiş zaman qrafiklərinə uyğun olaraq ezamiyə sorğularının vaxtında icrasını təmin etmək,
  • Ən səmərəli və maliyyə baxımından sərfəli səyahət paketlərini araşdırmaq və təkliflər vermək,
  • Təyin edilmiş əməkdaşlarla koordinasiyalı çalışaraq, səyahət agentlikləri vasitəsilə rezervasiyaların edilməsini təşkil etmək və şirkətin Ezamiyyə Prosedurlarına uyğunluğu təmin etmək,
  • Ezamiyyələr, xərclər və təsdiqlərlə bağlı dəqiq qeydlərin aparılmasını təmin etmək,
  • Səyahət agentliklərindən alınan hesab-fakturaların uzlaşdırılmasına nəzarət etmək, həddindən artıq olan ödənişlərin qarşısını almaq və şəffaflığı təmin etmək,
  • Bütün səyahət xərclərinin təyin edilmiş büdcə və hesabat tələblərinə uyğun olmasını təmin etmək,
  • Müvafiq departamentlər (Maliyyə, İnsan Resursları, Satınalma və Daxili Logistika) arasında səyahət xərcləri ilə bağlı proseslərin əlaqələndirilməsi,
  • Qonaqlama və qidalanma üçün ödəniş limitlərinə riayət olunmasına nəzarət etmək,
  • Əməkdaşlar ezamiyyədən qayıtdıqdan sonra detallı xərc hesabatlarının vaxtında təqdim edilməsini təmin etmək,
  • Əməkdaşları ezamiyyə prosedurları və ezamiyyə planlaşdırma qrafiklərinə riayət etməyin əhəmiyyəti barədə maarifləndirmək üçün təlim sessiyaları keçirmək.

İmtiyazlar:

  • Korporativ tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə, [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 22.02.25

Onlayn müraciət